logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Bank of Baku
Unibank
AGBank
European bank of reconstruction and development
Evrobank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

DəmirBank “Kart sahiblərinə endirimlər” proqramını genişləndirir (DemirBank)
13 yanvar 2010
DəmirBank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətinin genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 23 xidmət və ticarət mərkəzi DəmirBank-ın “Kart sahiblərinə il boyu endirimlər” layihəsinin üzvüdür.

Endirim əldə etmək üçün plastik kartı göstərmək kifayətdir - əməliyyatı nağd şəkildə aparmaq olar. Endirimlərin həcmi müxtəlif ticarət və xidmət mərkəzlərində 2 - 15% arasında dəyişir. Bankın endirim proqramına bu il həmçinin 10% həcmində endirimlər təqdim etməklə “Dr. Vidadi onurğa mərkəzi” qoşulmuşdur. Beləliklə, DəmirBank-ın kart sahiblərinə hazırda aşağıdakı 23 ticarət və xidmət mərkəzləri endirimlər təqdim edir:

1.    Betty Barclay qadın geyimləri
2.    Dr. Vidadi onurğa mərkəzi
3.    Qoşa Qala restoranı
4.    Biba-Brax geyim dükanı
5.    Loccitane en provence parfümeriya mərkəzi
6.    Baby Boom uşaq əyləncə mərkəzi
7.    Hugo Boss kişi geyimləri
8.    Allianz Group təlim mərkəzi
9.    MediClub tibb mərkəzi
10.    Steilman qadın geyimləri
11.    Apple kompüter və məişət avadanlığı
12.    Stones geyim dükanı
13.    Apriori geyim dükanı.
14.    R&B geyim dükanı
15.    Lido restoranı
16.    Bakı Əyləncə Mərkəzi
17.    Max Mara qadın geyimləri
18.    La Şarabi çay evi
19.    Korloff zərgərlik dükanı
20.    Balizza qadın geyimləri
21.    Gizia qadın geyimləri
22.    Passport qadın geyimləri
23.    Dervish Travel Agentliyi

DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında Kart sahiblərinə endirimlər səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq mümkündür.

“VISA International və MasterCard International ödəniş sistemləri ilə əməkdaşlıq edən DəmirBank bu sistemlərin prinsipial üzvü və ekvayeridir. DəmirBank əhaliyə beynəlxalq plastik kartlar təqdim edir və kartlar üzrə geniş çeşiddə xidmətlər göstərir. Bank bu sahədə fəaliyyətini gücləndirmək üçün xidmətlərin çeşidi və müştəri xidməti ilə bağlı bir sıra işlər üzərində çalışır” – deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.

DəmirBank hazırda plastik kartlar üzrə 38 günədək faizsiz kredit xətti, kartın individual dizayn ilə sifarişi, 15 – 60 dəqiqə ərzində kartın təcili sifarişi (Ekspress-Kart xidməti), bir kartdan digər karta vəsaitin dərhal köçürülməsi (Card-to-Card xidməti), əməliyyatlar haqqında SMS bildirişlərin mobil telefona alınması (SMS-Bankçılıq), Bankın saytı ilə kartla rabitə, kommunal və digər xidmətlərin / malların ödənişi və sair.

DəmirBank plastik kart sahiblərinə ölkədə yeganə olan Telefon-Bankçılıq xidməti də göstərir: plastik kart sahibləri sadəcə 149 nömrəsini yığmaqla DəmirBank-ın “Telefon Məlumat Xidməti”nə zəng edərək kartla rabitə (Azercell, Bakcell, Nar Mobile) və kommunal xidmətlərin (işıq, qaz, su) ödənişi həyata keçirə bilər. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart” proqramını da həyata keçirir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlamışdır. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!