logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Ganjabank
Central Bank
AccessBank
Expessbank
Bank of Baku
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

“Texnikabank” 2009-cu ili 12,7 mln. manat xalis mənfəətlə başa vurdu (Texnikabank)
22 yanvar 2010
İlin yekunları üzrə bankın aktivlərinin gəlirliyi 2,82%, kapitalının gəlirliyi isə 23,03% təşkil edib.

2009-cu ilin yekunları üzrə “Texnikabank” ASC 65,6 mln.manat ümumi gəlir əldə edib ki, bu məbləğin da 53,4 mln. manatını faiz gəlirləri, 12,2 mln. manatını isə qeyri-faiz gəlirləri təşkil edib. İlin yekunu üzrə bank 12,7 mln. manat xalis mənfəət əldə edib.
 2009-c il ərzində bank məcmu kapitalını 16,2%, o cümlədən yalnız dekabr ayı ərzində 3% artıraraq, ilin sonuna 59,9 mln. manat səviyyəsinə çatdırıb. Bankın Nizamnamə kapitalının həcmi isə 41,7 mln. manat səviyyəsində saxlanılıb. İlin yekunları üzrə  bankın kapitalının gəlirliyi 23,0% təşkil edib.
2009-cu ilin əvvəli ilə müqayisədə bankın aktivləri 4% artaraq, ilin sonuna 467,8 mln. manat səviyyəsinə çatıb. İlin yekunları üzrə  bankın aktivlərinin gəlirliyi 2,82% təşkil edib.
İl ərzində depozit portfelinin artım tempini saxlamış “Texnikabank” ASC ilin sonuna bu göstəricini 183,4 mln. manat səviyyəsinə çatdırıb. İlin əvvəlindən bankda yerləşdirilmiş müddətli depozitlərin ümumi həcmi 24,3% artaraq, ilin sonuna 97,9 mln. manat səviyyəsinə çatdırılıb. O cümlədən, əhalinin “Texnikabank”-da yerləşdirdiyi müddətli əmanətlərinin həcmi ilin əvvəli ilə müqayisədə 18,9% artaraq, hesabat dövrünün sonuna 93,6 mln. manat səviyyəsinə çatıb.
Hesabat dövrünün sonuna bankın kredit portfelinin həcmi 352,0 mln. manat olub ki, bu da 2009-cu ilin əvvəlinə olan göstəricisi ilə müqayisədə 7,1% çoxdur. Hesabat dövrünün sonuna bankın istehlak kreditləri portfelinin həcmi 30,8 mln. manat təşkil edib.
Bankın emissiya etdiyi plastik kartların sayı hesabat dövrünün sonuna 44,7 min ədəd olub. İlin sonuna plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 57, POS-terminalların sayı isə 340 ədəd təşkil edib.
Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!