logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Evrobank
Bank of Baku
DemirBank
Parabank
AccessBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

«Bank of Azerbaijan» ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı alıb (Bank of Azerbaijan)
22 yanvar 2010
«Bank of Azerbaijan», «Moody International» beynəlxalq şirkəti tərəfindən keçirilən ISO 9001:2008 keyfiyyətə görə menecment sisteminin sertifikat auditini uğurla keçdi.
Bu sertifikatın alınması «Bank of Azerbaijan»-da idarəetmənin ən yüksək beynəlxalq standartlara tam cavab verdiyininin göstəricisidir. Qeyd etmək lazımdır ki, «Bank of Azerbaijan» ölkə bankları arasında «Moody International»-dan  ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüş ilk bankdır.
Onu da qeyd etmək lazımdır ki, ISO 9001:2008 standartı ISO beynəlxalq təşkilatı tərəfindən 2008-ci ilin noyabrında təqdim edilmişdir. ISO 9000 keyfiyyət sertifikatı menecment sisteminin dünyanın ən nüfuzlu 9000 seriyalı ISO standartlarına uyğunluğunun sənədli təsdiqidir.  9000 seriyasından ən əsas ISO standartı ISO 9001:2008 hesab edilir.
Xatırladaq ki, 2006-cı ildə «Bank of Azerbaijan» ISO 9001:2000 beynəlxalq sertifikatına uyğun fəaliyyət göstərdiyi üçün həmin sertifikata layiq görülmüşdür.
«2009-cu ildən etibarən «Bank of Azerbaijan»-da, onun ölkənin maliyə sektorunun liderlərindən birinə çevrilməsi istiqamətində ciddi işlər aparılır. Bu işdə ən mühüm rol oynayan əsas məqamlardan biri də struktur və kadr dəyişikliklərin aparılmasıdır. Hal-hazırda tam əminliklə bəyan etmək olar ki, biz doğru yoldayıq. ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülməyimiz bunun bariz nümunəsidir», - deyə, «Bank of Azerbaijan»-ın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə bildirdi.
Qeyd edək ki, artıq 2011-ci ilin sonunadək «Bank of Azerbaijan» öz aktivlərinin həcminə görə ölkənin 10 aparıcı Bankları sırasına daxil olmaq niyyətindədir. Hal-hazırda «Bank of Azerbaijan»-ın ümumi aktivlərinin həcmi 144 milyon manatdan çoxdur, nizamnamə kapitalı isə 15 milyon manat təşkil edir. 2010-cu il ərzində «Bank of Azerbaijan»-ın nizamnamə kapitalı 25 milyon manatadək artacaq.
Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!